04/03/2020

"Sumqayıt" FK-nın U-9 komandası vaxtından əvvəl çempion olub


2019-2020 mövsümündən etibarən start verilən U-9 Liqasının Şimal zonası üzrə keçirilən çempionatında çempion sona 3 tur qalmış müəyyənləşib. "Sumqayıt" FK-nın müvafiq yaş qrupundan ibarət komandası keçirilən 11 qarşılaşmanın hamısını qələbə ilə başa vuraraq bu ünvana sahib olub. Orxan Abdullayevin yetirmələri bu ada son qarşılaşmada "Dortmund Bakı" üzərində gələn 11:1 hesablı qələbə ilə sahib olub. Komandamızın keçirdiyi bütün oyunlarda qeydə alınmış nəticələri diqqətinizə çatdırırıq:

"Sumqayıt City" - "Sumqayıt" FK 2:4
"Sumqayıt" FK - "Ərgünəş" 3:1
"Zirvə" - "Sumqayıt" FK 2:12
"Sumqayıt" FK - "Naxçıvan" 8:1
İOEUGİM - "Sumqayıt" FK 3:7
"Sumqayıt" FK - PFA 9:1
"Dortmund Bakı" - "Sumqayıt" FK 1:5
"Sumqayıt" FK - "Sumqayıt City" 9:2
"Ərgünəş" - "Sumqayıt" FK 1:10
"Sumqayıt" FK - "Zirvə" 6:3
"Sumqayıt" FK - "Dortmund Bakı" 11:1