27/08/2019

"Neftçi" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək


Azərbaycan Premyer Liqasında 3-cü turun hakim təyinatları açıqlanıb. "Neftçi" - "Sumqayıt" qarşılaşmasını Səbuhi Bayramov idarə edəcək. Müslüm Əliyev və Eyyub İbrahimov yan xətlərdə Bayramova kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Elçin Məsiyev olacaq.
Bundan başqa I Divizionun 2-ci turunda keçiriləcək "Sumqayıt-2" - "Neftçi-2" qarşılaşmasını Etibar Həsənov idarə edəcək.
Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" qarşılaşması 1 sentyabr, saat 19:00-da "Bakcell Arena"da, "Sumqayıt-2" - "Neftçi-2" qarşılaşması isə 28 avqust, saat 16:30-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək.

Azərbaycan Premyer Liqası, 3-cü tur
1 sentyabr (bazar)

“Neftçi” – “Sumqayıt”
Hakimlər:
Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elçin Məsiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Bakcell Arena”, 19:00 (CBC Sport, canlı)

I Divizion, 2-ci tur
28 avqust (çərşənbə)

“Sumqayıt-2” – “Neftçi-2”
Hakimlər:
Etibar Həsənov, Nahid Əliyev, Elxan Əsgərzadə, Rauf Cabarov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena”, ehtiyat meydança, 16:30