26/08/2019

"Neftçi" - "Sumqayıt" qarşılaşması 19:00-da start götürəcək


Azərbaycan Premyer Liqasında 3-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Neftçi” – "Sumqayıt" oyunu sentyabrın 1-də "Bakcell Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Bundan başqa, I Divizionun 2-ci turu çərçivəsində keçiriləcək olan "Sumqayıt-2" - "Neftçi-2" qarşılaşması 28 avqust, saat 16:30-da "Kapital Bank Arena"nın ehtiyat meydançasında keçiriləcək.

Premyer Liqa, 3-cü tur
1 sentyabr (bazar)

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 19:00 (CBC Sport, canlı)

I Divizion, 2-ci tur
28 avqust (çərşənbə)

“Sumqayıt-2” – “Neftçi-2”
“Kapital Bank Arena”, ehtiyat meydança, 16:30