08/02/2018

"Zirə" - "Sumqayıt" oyununu Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 15-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Zirə" – “Sumqayıt” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Zeynal Zeynalov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Orxan Məmmədov olacaq. Qeyd edək ki, "Zirə" – “Sumqayıt” qarşılaşması 10 fevral saat 16:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.

10 fevral (şənbə)

“Zirə” – “Sumqayıt”
Hakimlər:
 Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov
Zirə İdman Kompleksinin stadionu, 16:00