08/02/2018

“Sumqayıt” FK-nın akademiyasından 1 qələbə və 2 heç-heçə


AFFA-nın aşağı yaş qrupları üzrə təşkil etdiyi liqalarda ötən həftə və həftəsonu növbəti turun oyunları keçirilib. “Sumqayıt” FK-nın akademiyasının oyunlarında 1 qələbə və 2 heç-heçə qeydə alınıb. Nəticələri diqqətinizə çatdırırıq:

U-17 Liqası
"Sumqayıt" - "Kəpəz" 3:2
Qollar:
Fərhad Salamzadə (2), Cavidan Abbaszadə.

U-16 Liqası
"Sumqayıt" - "Neftçi" İKİB 1:1
Qol:
Cavidan Abbaszadə.

U-15 Liqası
"Sumqayıt" - "Neftçi" 1:1
Qol:
Cəmil Zeynalzadə.