10/01/2018

Səbuhi Abdullazadə 19 yaşadək futbolçulardan ibarət milli komandaya dəvət alıb


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığma komandanın heyətində “Sumqayıt” FK-nın 1 futbolçusu yer alır. Belə ki, Səbuhi Abdullazadə 12-20 yanvar tarixlərində keçiriləcək toplanışda yer alacaq.