08/01/2018

"Sumqayıt" FK-nın əvəzdiciləri də hazırlıqlara start verdi


"Sumqayıt" Futbol Klubunun əsas komandası kimi əvəzediciləri də Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib. Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda bu gündən etibarən "Kapital Bank Arena"da məşqlərə başlayıb. Hazırlıq mərhələsi və ümumi plan barəsində baş məşqçi klubun rəsmi saytına açıqlama verib: "Bu gündən, yanvarın 8-dən etibarən hazırlıqlara start verdik. Plana uyğun olaraq, ayın 20-dən etibarən isə təlim-məşq toplanışına oturacağıq. Hazırlıq mərhələsi çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırırıq. İlk rəqib artıq məlumdur. Yanvarın 13-də "Kapital Bank Arena"da 1-ci divizion təmsilçisi "Xəzər"lə üz-üzə gələcəyik. Digər yoxlama oyunları üçün danışıqlar gedir. Bu həftənin sonuna qədər bütün rəqiblər dəqiqləşəcək. Əsas məqsədimiz çempionatın ikinci yarısı üçün tam hazır vəziyyətə gəlməyimizdir".

Qeyd edək ki, əvəzedicilərimizin "Xəzər"lə baş tutacaq yoxlama oyunu yanvarın 13-də 13:30-da "Kapital Bank Arena"da keçiriləcək.