10/11/2017

"Sumqayıt" FK "Qarabağ"la oyunun hazırlığını davam etdirir


Topaz Premyer Liqasının növbəti turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün saat 11:00-da "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Komandamız tam heyətlə hazırlaşa bilmir. Belə ki, 4 futbolçumuz - Süleyman Süleymanov, Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə U-21 heyətində yer aldığı üçün hazırlığa nisbətən gec qatılacaq. Bundan başqa, zədəli olan Cavid Tağıyev və xəstə olan Amil Yunanov da bu günki məşqdə iştirak etməyib. Əvəzedici komandanın 7 futbolçusu isə əsas heyətə qoşulub. Məşqdə daha çox toplu çalışmalara üstünlük verən komandamız hazırlığı kiçik meydançada iki tərəfli oyunla yekunlaşdırıb.

Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu noyabrın 17-də keçiriləcək.