03/11/2017

"Sumqayıt" - "Keşlə" qarşılaşmasını Əliyar Ağayev idarə edəcək


Topaz Premyer Liqasında 11-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" – “Keşlə” qarşılaşmasını Əliyar Ağayev idarə edəcək. Rza Məmmədov və Zeynal Zeynalov yan xətlərdə Ağayevə kömək edəcək. Qarşılaşmanın 4-cü hakimi isə Ziya Nəsirov olacaq. Qeyd edək ki, "Sumqayıt" – “Keşlə” qarşılaşması 4 noyabr saat 18:00-da "Kapital Bank Arena"da baş tutacaq.

4 noyabr (şənbə)
“Sumqayıt” - “Keşlə”
Hakimlər:
Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Şahin Cəfərov
Kapital Bank Arena, 18:00