03/11/2017

4 futbolçumuz U-21 millisinə dəvət alıb


21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində 9 və 14 noyabrda növbəti oyunlarını keçirəcək. Yığmamız müvafiq olaraq, Almaniya və Kosovo milliləri ilə qarşılaşacaq. Bu oyuna hazırlıq məqsədilə 5-14 noyabr tarixlərində təlim-məşq toplanışı keçirəcək yığmamızın heyətində "Sumqayıt" FK-nın 4 futbolçusu - Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə və Süleyman Süleymanov da iştirak edəcək.