12/10/2017

"Sumqayıt" - "Qəbələ" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək


Topaz Premyer Liqasında 8-ci turun oyunlarının hakim təyinatları müəyyənləşib. "Sumqayıt" - "Qəbələ" qarşılaşmasını Rauf Cabbarov idarə edəcək. Elman Musayev və Nahid Əliyev yan xətlərdə Cabbarova kömək edəcək. 4-cü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək. Qeyd edək ki, "Sumqayıt" - "Qəbələ" qarşılaşması 14 oktyabr, saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək. Oyun "CBC Sport" telekanalı ilə canlı yayımlanacaq.

14 oktyabr (şənbə)

“Sumqayıt” – “Qəbələ”
Hakimlər:
Rauf Cabbarov, Elman Musayev, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Asim Xudiyev
“Kapital Bank Arena”, 18:00