10/10/2017

"Sumqayıt" - "Qəbələ" qarşılaşması saat 18:00-da start götürəcək


Topaz Premyer Liqasında 8-ci turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Qəbələ" oyunu oktyabrın 14-də "Kapital Bank Arena"da baş tutacaq və 18:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə oktyabrın 15-də eyni məkanda keçiriləcək və saat 15:30-da başlanacaq.