05/10/2017

"Sumqayıt" FK Premyer Liqanın II dövrəsi üçün hazırlığını davam etdirir


"Sumqayıt" Futbol Klubu Premyer Liqanın II dövrəsi üçün hazırlığını davam etdirir. Komandamız bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. Qeyd edək ki, U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak eməyib. Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb. Təxminən 1,5 saat davam edən məşq prosesində çalışdırıcı daha çox toplu çalışmalara üstünlük verib.

Qeyd edək ki, "Sumqayıt" FK II dövrənin ilk turunda doğma arenada oktyabrın 14-də "Qəbələ"ni qəbul edəcək.