11/09/2017

Əvəzedicilərimiz çempionatda ilk qələbəni “Neftçi” üzərində qazandı


Əvəzedicilərin çempionatında 4-cü tura yekun vurulub. “Sumqayıt” FK-nın əvəzediciləri “Kapital Bank Arena”da “Neftçi”ni qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmadan Elbrus Məmmədovun yetirmələri 1:0 hesablı qələbə ilə ayrılıb. “Neftçi”nin qapısından qələbə topunu 60-cı dəqiqədə Müşviq Rzayev keçirib.

“Sumqayıt” – “Neftçi” 1:0
Qol:
Müşviq Rzayev, 60.