08/09/2017

U-12 komandamız turnirdə 2-ci oldu, U-16 isə “Neftçi” ilə heç-heçə oynadı


“Sumqayıt” FK-nın U-12 komandası Bakı şəhərində “Qarabağ” FK tərəfindən təşkil olunan turnirdə iştirak edib. Finala qədər “Neftçi”, “Rəvan”, “Vətən” və “Qarabağ”ı mübarizədən kənarlaşdıran komandamız son mərhələdə “Neftçi” İKİB ilə qarşılaşıb. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə komandamız minimal hesabla məğlub olaraq, turniri 2-ci pillədə başa vurub. Final görüşündən sonra qaliblər mükafatlandırılıb.

Bundan başqa, yeni mövsümə hazırlaşan “Sumqayıt” FK-nın akademiyası yoxlama oyunları keçirib. U-16 komandamız həftə içi “Neftçi” PFK ilə oyunda qüvvəsini sınayıb. Oyunun gedişində 0:2 hesabı ilə məğlub duruma düşən 16 yaşlılarımız yekunda meydanı 3:3 hesablı heç-heçə ilə tərk etməyə nail olublar.


U-16 komandası:
“Sumqayıt” – “Neftçi” PFK 3:3

Cavidan Abbaszadə, Fərhad Salamzadə, Murad Bağırov

U-12 komandası:
“Sumqayıt” – “Neftçi” İKİB 0:1