06/09/2017

"Sumqayıt" - "Neftçi" qarşılaşması / STATİSTİKALAR


"Sumqayıt" FK-nın "Neftçi" ilə qarşılaşmalardakı statistikalarını nəzərinizə çatdırırıq:

1. Komandalar Azərbaycan çempionatlarında 20 dəfə qarşılaşıblar.
2. "Sumqayıt" FK "Neftçi" ilə qarşılaşmalardan 7 qələbə, 2 heç-heçə, 11 məğlubiyyətlə ayrılıb.
3. Komandalar arasındakı top fərqi 24-35 rəqib komandanın xeyrinədir.
4. Orxan Əliyev "Sumqayıt" FK-nın heyətində "Neftçi"yə ən çox qol vuran futbolçudur (3 qol).
5. Komandamız son 3 ev oyununda "Neftçi"ni məğlubiyyətə uğradıb.

Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması 10 sentyabr, saat 19:00-da "Kapital Bank Arena"da keçiriləcək. Oyun CBC Sport telekanalı ilə canlı yayımlanacaq.