05/09/2017

"Sumqayıt" - "Neftçi" qarşılaşması saat 19:00-da start götürəcək


Topaz Premyer Liqasında 4-cü turun oyun cədvəli müəyyənləşib. Belə ki, bu turda keçiriləcək “Sumqayıt” – "Neftçi" oyunu sentyabrın 10-da "Kapital Bank Arena"da baş tutacaq və 19:00-da start götürəcək. Qarşılaşma CBC Sport kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, bu komandaların əvəzedici heyətləri arasındakı oyun isə sentyabrın 11-də eyni məkanda keçiriləcək və saat 17:00-da başlanacaq.