05/09/2017

Rüfət Abdullazadə və Səbuhi Abdullazadə U-17 millisinə dəvət alıb


17 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması Bakı şəhərində təlim-məşq toplanışı keçirəcək. Yığma komandanın heyətində “Sumqayıt” FK-nın 2 futbolçusu yer alır. Belə ki, Rüfət Abdullazadə və Səbuhi Abdullazadə 06-14 sentyabr və 17-26 sentyabr tarixlərində keçiriləcək toplanışa dəvət alıb.