17/07/2017

"Sumqayıt" FK "Osmanlıspor"la yoxlama oyunu keçirib


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçını keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Superliqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gəlib.
Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.

Fərqli iki hissə və vurulan 3 qol
İlk hissə ümumilikdə bərabər səviyyədə keçdi. Hər iki komanda surətli oyunu ilə diqqət çəkdi. Qarşılaşmada ilk təhlükəli vəziyyəti komandamız yaratdı. Rəşad Eyyubovdan ötürmə alan Amil Yunanov qapıçı ilə üz-üzə qalsa da, "Osmanlıspor"un qolkiperi Hakan Arıkan daha dəqiq oynadı. Qarşılaşmanın 16-cı dəqiqəsində "Sumqayıt" FK hesabı açdı. Cavid İmamverdiyevin cinah ötürməsindən sonra Amil Yunanov baxımlı qola imza atdı. Qoldan 2 dəqiqə sonra adıçəkilən hücumçumuz əlverişli vəziyyətdən yararlana bilmədi.
Qarşılaşmanın 24 və 26-cı dəqiqələrində isə "Osmanlıspor" 2 qol vuraraq hesabda irəli çıxdı. Tonia Tisdell iki baxımlı qol vuraraq dubla imza atdı.
İkinci hissədə hər iki komanda oyunçu dəyişiklərinə getdi. Fasilədən sonra da meydanda bərabər səviyyəli oyun getdi. İkinci hissədə qapılara başqa qol vurulmayınca hesab dəyişməz qaldı.

Yoxlama oyunu
Qızılcahamam, Patalya
"Sumqayıt" FK - "Osmanlıspor" 1:2

Qollar: Amil Yunanov, 16 - Tonia Tisdell, 24, 26.
Baş hakim: Yaşar Kemal Uğurlu.

"Sumqayıt" FK bu heyətlə çıxış edib:
1. Fərhad Vəliyev, 3. Vurğun Hüseynov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 18. Tural Axundov, 6. Kamal Mirzəyev, 97. Xəyal Nəcəfov, 32. Rəşad Eyyubov, 7. Cavid Tağıyev, 10. Cavid İmamverdiyev, 9. Amil Yunanov.
Oyuna sonradan daxil olanlar:
23. Mehti Cənətov, 2. Rail Məlikov, 13. Bəhlul Mustafazadə, 5. Vüqar Bəybalayev, 8. Nicat Muxtarov, 90. Ramil Həsənov, 11. Ehtiram Şahverdiyev, 39. Tural Bayramlı, Məhəmməd Alıyev, Ramil Orucov.
Baş məşqçi: Samir Abasov.

"Osmanlıspor" bu heyətlə çıxış edib:
12. Hakan Arıkan, 3. Lukasz Szukala, 28. Hasan Kılıç, 40. Turqay Kaçar, 26. Takayuki Seto, 20. Luiz Karlos Martins Moreyra, 17. Daniel Karoly Regattin, 30. Tania Tisdell, 24. Raul Rusesku, 9. Cheick Diabate, 25. Mehmet Umtu Nayir.
Oyuna sonradan daxil olanlar:
1. Zydranus Karçemarskas, 61. Numan Çürüksu, 21. Vaclav Prochazka, 2. Avdija Vrsajeviç, 6. Mehmet Güven, 33. Muhammed Bayır, 35. Musa Çağıran, 3. Adovale Laval, 27. Aminu Umar, 7. Serdar Gürler, 39. Bifouma Koulossa.
Baş məşqçi: Bülent Uygun.