17/07/2017

"Sumqayıt" FK bu gün Superliqa təmsilçisi "Osmanlıspor"la qarşılaşacaq


2017/2018 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda ilk yoxlama matçına çıxacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda bu gün Superliqa təmsilçisi "Osmanlıspor"la üz-üzə gələcək. Qarşılaşma Qızılcahamamda yerli vaxtla saat 18:00-da start götürəcək.
Qeyd edək ki, 1978-ci ildə yaradılmış klub 2014-cu ildən “Osmanlıspor” adını daşıyır. 2016/17 mövsümündə UEFA Avropa Liqasında çıxış etmiş komanda 1/16 final mərhələsində mübarizəni dayandırıb. Ötən mövsüm Türkiyə Supeliqasını 13-cü sırada tamamlayan Ankara təmsilçisinin heyətində Pierre Webo 9 qolla komandanın ən məhsuldar futbolçusu olub.