16/07/2017

"Sumqayıt" FK Türkiyədə məşqlərini davam etdirir


Türkiyənin Bolu bölgəsində hazırlığını davam etdirən "Sumqayıt" Futbol Klubu bu günü iki məşq əsnasında başa vuracaq. Komandamız Samir Abasovun rəhbərliyi altında artıq səhər məşqini keçirib. Daha çox toplu çalışmalara üstünlük verən komandamız bəzi taktiki gedişlər üzərində də işləyib. Qeyd edək ki, "Sumqayıt" FK-nın axşam məşqi yerli saatla 18:30-da olacaq.