16/07/2017

Əvəzedicilərimiz "Neftçi" ilə qarşılaşıb


“Sumqayıt” FK-nın əsas komandası kimi əvəzedici heyəti də 2017/2018 mövsümü üçün hazırlığın 2-ci mərhələsini davam etdirir. Elbrus Məmmədovun rəhbərlik etdiyi komanda hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu keçirib. Komandamız "Neftçi"nin əvəzediciləri ilə görüşüb və qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Bu oyunda "Sumqayıt" FK-dan yeqanə qolu Fərid Kərimzadə vurub.
Qeyd edək ki, "Sumqayıt" FK-nın əvəzediciləri daha 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Komandamız 18-i, 20-si və 22-si tarixlərində müvafiq olaraq, “Qarabağ” (U-19), “Zirə” (əvəzedici) və “Qəbələ” (əvəzedici) ilə “Kapital Bank Arena”da görüşəcək.