14/07/2017

"Sumqayıt" FK-nın əvəzediciləri hazırlığın 1-ci mərhələsini başa vurub


“Sumqayıt” FK-nın əsas komandası kimi əvəzedici heyəti də 2017/2018 mövsümü üçün hazırlığın 1-ci mərhələsini başa vurub. Belə ki, komandamız Elbrus Məmmədovun rəhbərliyi altında 1-ci mərhələdə son yoxlama oyununu keçirib. “Kapital Bank Arena”da I divizion təmsilçisi “Şüvəlan” ilə qarşılaşan əvəzedicilər 0:2 hesabı ilə məğlub olub. Komanda 1 günlük istirahətin ardından yeni mövsüm üçün təlim-məşq toplanışına start verəcək. Toplanış çərçivəsində əvəzedici heyətimiz 4 yoxlama oyunu keçirəcək. Elbrus Məmmədovun yetirmələri ilk yoxlama oyununu iyulun 15-də səfərdə “Neftçi”nin əvəzedicilərinə qarşı keçirəcək. Növbəti oyunlar isə iyulun 18-i, 20-si və 22-si tarixlərində müvafiq olaraq, “Qarabağ” (u-19), “Zirə” (əvəzedici) və “Qəbələ” (əvəzedici) ilə “Kapital Bank Arena”da baş tutacaq.