11/03/2017

Süleyman Əhmədov və İsmayıl Babayev U-19 millisinə dəvət olunub


“Sumqayıt” FK-nın 2 futbolçusu Azərbaycan U-19 milli komandasına dəvət olunub. Süleyman Əhmədov və İsmayıl Babayev U-19-un heyətində mart ayının 15-dən 18-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.