10/03/2017

"Sumqayıt" FK U-11 turnirin qalibi olub


Azərbycan Respublikası Gənclər və İdman Nazirliyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" ilə əlaqədar Sumqayıtda 2006-2007-ci il təvəllüdlü futbolçular arasında futbol turniri təşkil edib. 8 komandanın yer aldığı yarışda "Sumqayıt" Futbol Klubunun 11 yaşadək futbolçuları da iştirak edib. Komandamız həlledici görüşdə İOEUGİM üzərində 4:1 hesablı qələbə qazanıb və turnirin qalibi olub.