"Sumqayıt" Futbol Klubunun Sponsorları və Portnyorları

“Sumqayıt” Futbol Klubunun Təsisçisi və Baş Sponsoru – “Azərikimya” İstehsalat Birliyi
Azərbaycan Respublikası Prezidentinin “Neft-kimya sənayesində idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi haqqında” 2 aprel 2010-cu il tarixli Sərəncamına əsasən “Azərikimya” Dövlət Şirkəti ARDNŞ-nin tabeçiliyinə verilmişdir. Dövlət Başçısının 2010-cu il aprelin 22-də imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 yanvar 2003-cü il tarixli 844 nömrəli Fərmanına əlavələr və dəyişikliklər edilməsi barədə” Fərmanla ARDNŞ tərkibində “Azərikimya” İstehsalat Birliyinin təsis olunması haqda qərar qəbul edilmişdir.
Azərbaycan Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin strukturunu “Etilen-Polietilen”, “Səthi Aktiv Maddələr”, “Üzvi Sintez” və “Mexaniki Təmir” zavodu, Nəqliyyat və xüsusi texnika İdarəsi, Anbar Təsərrüfatı İdarəsi, Təmir-tikinti İdarəsi və “Kimyalayihə” İnstitutu  təşkil edir.
“Azərikimiya” İstehsalat Birliyinin müəssisələrində 20-dən çox neft-kimya məhsulları, o cümlədən etilen, polietilen, texniki və saf izopropil spirti, ağır piroliz və epoksid qətranları, xlor, kaustik soda və başqa məhsullar istehsal olunur. Həmin məhsullar isə 30-dan artıq ölkəyə ixrac olunur. “Azərikimya” İstehsalat Birliyinin müəssələrində altı minə yaxın işçi çalışır.
“Azərikimya” İstehsalat Birliyi 2010-cu ildən “Sumqayıt” Futbol Klubunun baş sponsorudur.

Ünvan: Sumqayıt şəhəri, S.Vurğun 86, AZ5000
Faks: +994 18 6559817
www.socar.az/azch/

Kapital Bank Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildir, uğurla fəaliyyət göstərir. Bakıda ilk əmanət kassası 1874-cü ildə açılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2000-ci il tarixli 40 "s" nömrəli sərəncamı ilə üç dövlət səhmdar-kommersiya bankının - Aqrar-Sənaye, Sənaye-İnvestisiya və Əmanət Bankının sağlam aktiv və öhdəliklərinin birləşdirilməsi nəticəsində Birləşmiş Universal Səhmdar Bankı (BUSBank) yaradılmışdır. Bank əməliyyatlarının aparılması üçün verilmiş 244 saylı lisenziya Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 28 fevral 2000-ci il tarixində mərkəzi reyestrə daxil edilmişdir. 29 dekabr 2004-cü il tarixində Bank səhmdarlarının növbədənkənar iclasında BUSBank adının dəyişdirilməsi və Banka "Kapital Bank" adının verilməsi qərara alınmışdır. Nizamnamədə aparılmış müvafiq dəyişikliklər 26 yanvar 2005-ci il tarixində Ədliyyə Nazirliyində qeydə alınmışdır.
“Kapital Bank” ASC-nin səhmlərinin 99.84%-i "Paşa Holdinq"-ə aiddir. Bankın nizamnamə kapitalı 80 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.
Bank 1997-ci il 16 iyul tarixindən SWIFT cəmiyyətinin, 31 oktyabr 2001-ci il tarixindən MasterCard Europe, 2003-cü il 19 fevral tarixindən VİSA İnternational beynəlxalq ödəniş sistemlərinin həqiqi üzvüdür. Kapital Bank Bakı Fond Birjasının və Bakı Banklararası Valyuta Birjasının (BBVB) təsisçisi və səhmdarlarından biridir. Dünya Əmanət Bankının və Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.
«Kapital Bank» ASC-nin Müşahidə Şurasının 10.06.2013-cü il tarixli qərarına əsasən Rövşən Şamil oğlu Allahverdiyev Kapital Bank ASC İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.
Kapital Bank irimiqyaslı bank olaraq, Azərbaycan Respublikası ərazisində fərdi və korporativ müştərilərin tələblərini ödəmək məqsədilə fəaliyyət göstərir. Bu, bank xidmətlərinin çeşidliyində, onların yüksək keyfiyyət dərəcəsində öz əksini tapır. Bank real sektora sərmayə yatırmaq, regionların sosial-iqtisadi inkişafına dəstək vermək vasitəsilə milli iqtisadiyyatın yüksəlməsinə yardımçı olmaq vəzifəsini özünə şərəf bilir. Kapital Bank korporativ idarəetmə, şəffaflıq, risklər üzərində nəzarət və informasiya açıqlığı prinsiplərinə söykənir.
nformasiya texnologiyalarının ən yeni nailiyyətlərindən istifadə edir.  

Tam adı "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti 
Hüquqi ünvan Azərbaycan Respublikası, Bakı ş., AZ1014, Füzuli küç., 71
Telefon (+994 12) 493 66 30, 598 12 95
Faks (+994 12) 493 79 05
Web-site www.kapitalbank.az


“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti 24.11.2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14.02.2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası növü üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN idi. Fəaliyyətinin ilk ilinin nəticəsi olaraq PAŞA Həyatın nizamnamə kapitalı iki dəfədən çox artırılaraq hazırda 15.050.000 (on beş milyon əlli min) manata çatdırılmışdır. 
“PAŞA Həyat Sığorta” ASC dinamik inkişaf edən sığorta şirkəti olaraq hal-hazırda aşağıda qeyd olunan sığorta siniflərinə dair hər bir müştərinin tələblərinə cavab verən məhsullar təqdim edir:

Həyatın ölüm halından sığortası
Həyatın yaşam sığortası
Annuitet sığortası
Sağalmaz xəstəliklərdən sığorta
Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta

Sığorta bazarında öz yerini möhkəmləndirmək məqsədilə PAŞA Həyat həmin məhsulların şərtlərinin müştərilər üçün daha sərfəli olması istiqamətində daimi iş aparır. Sığorta risklərinin təkrar sığortası sahəsində “PAŞA Həyat Sığorta” ASC aparıcı təkrar sığorta şirkətləri ilə əməkdaşlıq edir. Həmçinin “PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvüdür və "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq sertifikatına malikdir. 

Ünvan: Nərimanov r-nu Mayakovski küçəsi 15 Bakı AZ1154, Azərbaycan
Tel : (+99412) 567 32 36
Fax : (+99412) 567 32 39
Mob : (+99450) 282 13 32 (+99455) 282 13 32
Web: www.pasha-life.az E-mail: office@pasha-life.az

TAC şirkəti 100 faiz yerli kapital qoyuluşu ilə AQUA VİTA, GÜLÜSTAN brendləri altında yaranmış və Azərbaycan bazarında yerli istehsalatı lazımınca təmsil edən şirkətlərdən biridir. AQUA VİTA suyu Azərbaycanın şimal-şərq hissəsində, Qafqaz Dağlarının yaşıl ətəklərində yerin dərinliklərindən hasil edilir və xüsusi sisterna maşınlarla zavoda çatdırılır. Su tutumu 0.5-dən - 20 litrəcən, limonadlar isə 0,5-2,0 litrədək olan şüşə qablarda satılır. 

Qeyd etmək lazımdır ki, AQUA VİTA suyu təbii bulaq suyu olaraq təbii mineral tərkibə malikdir və insan orqanizmi üçün əvəzedilməz bir dəyərdir! Həmçinin TAC şirkəti məhsullarının keyfiyyətini təsdiq edən İdarəetmə sistemi keyfiyyəti İSO 9001:2008 sertifikatına malikdir.

Ünvan: Sulutəpə qəsəbəsi, Şamaxı şossesi 5
Tel: (994 12) 447 29 91
Faks: (994 12) 447 29 90
office@tajbev.com
www.tajbev.com