Sumqayıt şəhəri haqqında

Sumqayıt şəhəri haqqında əfsanə
Tarixçilər tərəfindən sübut olunub ki, eramızdan əvvəl 7-ci əsrdə Sumqayıtın ərazisində midya tayfalarının yaşayış məskəni olub. İndiki İcra Hakimiyyəti binası üçün bünövrə qazılarkən qədim saxsı məmulatlar, qablar, sikkələr aşkar olunub. Şəhərin adıyla bağlı bir cox əfsanələr məlumdur. Bu əfsanələrdən birinə görə, Sumqayıt şəhərinin indiki ərazisindən karvan keçirmiş. Bu karvanda bir-birini sevən iki gənc varmış. Sum adlı oğlan və Ceyran adlı qız. Karvandakı su ehtiyatı qurtardıqdan sonra susuzluqdan əziyyət çəkən Ceyranın əzablarına dözə bilməyən Sum bulaq axtarmağa gedib. Bədbəxtik baş verəcəyini hiss edən Ceyran “ Sum qayıt, Sum qayıt” deyə qışqıraraq sevgilisini geri qaytarmağa çalışsa da buna nail ola bilməyib. Şəhərin təməli atılmamışdan əvvəl bu yerdə Sumqayıt adlı 4 obyekt olub: yaşayış məskəni, çay, dəniz fənəri və dəmir yolu stansiyası. Ədəbiyyatda bu toponimin aşağıdakı variantları mövcuddur: Sumqayıt, Suqayıt, Sumqay, Suqait.
Rus səyyahı İ.Berezin özünün yol qeydlərində yazır ki: “ Şəhərin yaxınlığından Sumqayıt və ya Suqayıt adlanan çay axır. İsti və quraqlıq vaxtlarda çay quruyur yağış yağanda isə yenə canlanır. Çayın adı da hər halda bununla bağlıdır.”

Sumqayıt şəhərin inkişaf mərhələləri
1938-ci il – indiki İES-in yerində fəhlələr üçün ilk baraklar quraşdırılır. İES-in inşaatçıları üçün yaşayış məntəqəsinin tikintisinə başlandı.
1939-40-cı illər – Sintetik Kauçuk, Boru yayma və Kimya zavodlarının bünövrəsi qoyulur. Böyük Vətən müharibəsinin başlaması ilə bütün tikinti işləri saxlanılır.
1941-ci il – İES işə düşüb və Bakının neft sənayesi üçün ilk elektrik cərəyanını verib.
1944-cü il – Kimya və metallurgiya zavodlarının tikintisinə başlanılıb.
1945-ci il – Sumqayıt Kimya zavodu ilk məhsulunu verib və Sumqayıtda geniş tikinti işləri vüsət alıb.
1949-cu il – Azərbaycan Ali Soveti Prezidiumunun qərarı ilə Sumqayıta şəhər statusu verilib. İEM yanında qəsəbə olaraq yaranan Sumqayıt qısa müddət ərzində böyük sənaye mərkəzinə çevrilib.
1952-ci il – Boruyayma zavodu ilk məhsulunu verib. Azərbaycanda qara metallurgiya sənayesi inkişaf etməyə başlayıb. Sintetik Kauçuk zavodu işə başladı və ilk dəfə neftdən etil spirti əldə edilib.
1953-cü il Marten sobalarında ilk polad əridilməsi.
1955-ci il Sumqayıt Alüminyum zavodu işə başlayıb.
1957-59-cu illər – Elmi-tədqiqat institutları və mədəniyyət mərkəzləri tikilir, şəhər infrastrukturu inkişaf etdirilir.
1960-ci il – Avropanın ən böyük neft-kimya kombinatının tikintisinə başlanılıb.
1961-68-ci illər – Bir-birinin ardınca yeni müəssisələr: kərpic zavodu, polimer tikinti materialları kombinatı, superfosfat zavodu, tikilərək istehsala başlayır.
1970-80-ci illər – Yüngül və maşınqayırma sənayesinin inkişafı.
2001-ci il – Sumqayıtın kimya sənayesində sürətli və səmərəli fəaliyyətini təmin edın istismarda qeyri adi buxar generatoru tikilmiş və istifadəyə verilmişdir.
2004-cü ilin əvvəli – 2005-ci ilin sonu – Biskvit və makaron məhsullarının istehsalı üzrə ixtisaslaşmış “Bismak” Yeyinti Sənaye Kompleksi istifadəyə verilmişdir.
2004-cü il – Kömür istehsalı üzrə ixtisaslaşmış “Metallurq” müəssisəsi fəaliyyətə başlamışdır. Müəssisədə ildə 500 ton kömür istehsal edilir.
2004-2006-cı illər – ildə 1000 ton həcmində diametri 50-160 mm olan plastik boru istehsalı müəssisəsi “Dizain Cenay Azerbaycan” tikilmişdir.
2004-2007-ci illər – “Tac Holding” pivə istehsalı müəssisəsinin tikintisi başa çatdı.
2005-ci il – bir ay ərzində müxtəlif həcmli 20-30 elektrik transformatoru istehsal edən “Azel LTD” müəssisəsi fəaliyyətə başladı.
2005-2006-cı illər – istehsal gücü ayda 4000 ton təşkil edən beton-sement istehsalı müəssisəsi olan “K and K” –nın tikintisi başa çatdı.
2005-ci il – illik istehsal gücü 1000 ton təşkil edən yuyucu məhsulları istehsalı üzrə ixtisaslaşmış “Qala” zavodu istismara verilib.
2005-ci ilin sonu – “Azer Xalı” müəssisəsi tərəfindən ilk dəfə olaraq əl əməyi ilə xalça istehsalı
2006-cı il – Beton məhlulu və keramika istehsalı müəssisəsi – “Basf kaspian YKS” fəaliyyətə başladı.
2006-cı il – İngilis və Çin texnologiyaları üzrə diametri 300-dən 2000 mm-ə qədər uzunluğu 12 m olan şüşə boru istehsalı müəssisəsi – “Azkompozit” fəaliyyətə başlayıb.
2007-ci il – Saatda 130 kubmetr beton istehsalı üzrə ixtisaslaşmış “Az Saks” müəssisəsi dövriyyəyə buraxılıb.
2007-ci il – “Sumqayıt Trikotaj” müəssisəsinin yenidənqurulması.
2009-cu il - Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə “Şəhər günü” tədbirləri. Sumqayıt Elektrik Stansiyasının istifadəyə verilməsi.

Şəhərin Sənaye sahəsi
Bu gün Sumqayıt Azərbaycanın müаsir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturunа kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, еlеktrоеnеrgеtikа, yeyinti və yüngül sənaye, tikinti mаtеriаllаrı istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan аğır sənaye müəssisələrinin əksəriyyəti müasir tехnоlоgiyаyа əsаsındа yеnidən qurulmuşdur. Şəhərin sənaye kompleksinin əsasını «Аzərikimyа» İstеhsаlаt Birliyinin «Еtilеn Pоliеtilеn», «Üzvi sintеz», «Səthi Аktiv Mаddələr» və «Mехаniki Təmir» zаvоdlаrı, Buхаr Gеnеrаtоr Qurğusu, «Azərboru», «Azəralüminium», «Sumqayıt Superfosfat», «Sumqаyıt Intеrtеkstil», «Sumqаyıt Sənаyе Istеhsаl» və «Sumqаyıt Çörək» Аçıq Səhmdаr Cəmiyyətləri, «Dizayn Cenay Azərbaycan», «Azel LTD», «BASF Caspian YKS», «Az Saks Bеtоn LTD», «Bismak» QSK və 525 MVT gücündə Sumqаyıt Еlеktrik Stаnsiyаsı Məhdud Məsuliyyətli Cəmiyyətləri, 17 müаsir tехnоlоgiyаlаr əsаsındа qurulmuş Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı və Sumqаyıt Günəş Tеnоlоgiyаlаrı Pаrkı, «Аzərsun Hоldinq» Şirkətlər qrupunun müаsir zаvоdlаrı təşkil edir. Sumqаyıtdа Аzərbаycаn Milli Еlmlər Аkаdеmiyаsının Pоlimеr Mаtеriаllаrı İnstitutu, «Аzərikimyа» İstеhsаlаt Birliyinin Dövlət Lаyihə İnstitutu və Аzərbаycаn Müdаfiə Sənаyеsi Nаzirliyinin «Nеftqazavtomat» Elm İstehsalat Müəsissəsi fəaliyyət göstərir.

Sumqayıt şəhərin əhalisi
Sumqayıtın ölkə həyatında özünəməxsus yer tutması təkcə onun yaranma tarixi, respublika iqtisadiyyatında mühüm rolu ilə kifayətlənmir. Bu şəhəri fərqləndirən əsas cəhətlərdən biri və bəlkə də başlıcası burada formalaşan təkrarsız mühitdir. Sumqayıt vətənimizin bir çox bölgəsindən təşrif buyurmuş insanların mehriban ailəsinin məskənidir. Azərbaycanın hansı yerindən gəldiyinə fərq qoymadan hər bir insanı ağuşuna alan bu şəhərdə möhkəm qardaşlıq və dostluq özünün parlaq ifadəsini tapmışdır.

Hazırda şəhər əhalisinin
-Say tərkibi: 310,0 min nəfər
-Sıxlığı: 1 kvadratmetrə düşən əhali sıxlığı 3735 nəfər
-İllik artım: 3870 nəfər
-Orta yaş həddi: 70 yaş
-Milli tərkibi: - azərbaycanlı 95,7%, rus 1,7%, ukrayn 0,3 %, tatar 0,3%, yəhudi 0,1% və digər xalqların nümayəndələri 1,9%.