"Sumqayıt" Futbol Klubunun təşkil etdiyi Turnirlər / Layihələr

"Sumqayıt Kuboku" keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2012-ci ilin ölkəmizdə “İdman İli” elan edilməsinə dair 2012-ci il yanvarın 16-da imzaladığı sərəncamı ilə əlaqədar olaraq, respublikamızda idmanın inkişaf etdirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə “Sumqayıt” Futbol Klubunun 1998-1999, 2000-2001 və 2002-2003-ci il təvəllüdlü futbolçular arasında təşkil etdiyi “Sumqayıt Kuboku”na yekun vurulub. “Sumqayıt Kuboku”nda 32 məktəbin 62 komandası qalib adı uğrunda mübarizə aparıb. Turnirdə ümumilikdə 600-dən artıq futbolçu iştirak edib.

Əvvəlcə 2002-2003-cü il təvəllüdlü futbolçuların final oyunu keçirilib. 7 saylı orta məktəbin komandasını 3:1 hesabı ilə məğlub edən 11 saylı orta məktəbin komandası turnirin qalibi adını qazanıb.

Daha sonra 2000-2001-ci il təvəllüdlü futbolçular arasında həlledici oyun baş tutub. 3 saylı orta məktəbin komandası 2 saylı orta məktəbin komandasını ilə qarşılaşmadan 4:3 hesablı qələbə ilə ayrılıb.

1998-1999-cu il təvəllüdlü futbolçuların yarışında isə 5 saylı orta məktəbin komandası finalda 36 saylı orta məktəbin komandasına 1:0 hesabı ilə qalib gəlib.

“Sumqayıt Kuboku”nun final oyunları yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Millət Vəkili Muxtar Babayev, Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, SSRİ idman ustası, Əməkdar məşqçi Telman Salahov, Şimal Regional Futbol Federasiyasının prezidenti Yaşar Şamilov, Əməkdar məşqçi Sabir Əliyev və “Sumqayıt” Futbol Klubunun baş məşqçisi Bernhard Raab qalibləri mükafatlandırıb.




    
“Access Bank Məktəbli Turniri”nin qalibləri mükafatlandırılıb
Access Bank Qapalı Səhmdar Cəmiyyətinin sponsorluğu, “Sumqayıt” Futbol Klubunun təşkilatçılığı ilə keçirilən “Access Bank Məktəbli Turniri”nə yekun vurulub. Sumqayıt Olimpiya İdman Kompleksinin stadionunda yarışın final oyunları keçirilib, ardınca turnirin mükafatlandırma mərasimi baş tutub.
1999-2000-ci il təvəllüdlü futbolçuların yarışında 29 saylı orta məktəbin komandasını məğlub edən 14 saylı orta məktəb “Access Bank Məktəbli Turniri”nin qalibi olub. 3-cü yer uğrunda oyunda isə 5 saylı orta məktəb 9 saylı orta məktəbi üstələyərək bürünc medallara sahib çıxıb.
2001-2002-ci il təvəllüdlü futbolçuların yarışında isə 37 saylı orta məktəb qələbəni bayram edib. Bu yaş qrupunda 2 saylı orta məktəb ikinci 14 saylı orta məktəb isə üçüncü yerə sahib çıxıb.
Qalib komandalara mükafatları “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, “Sumqayıt” Futbol Klubunun prezidenti Kamran Quliyev, “Access Bank”ın Sülh filyalının rəhbəri Emil Ağalarov, Sumqayıt futbolunun canlı əfsanələri Əbdül Məmmədov, Telman Salahov və Yaşar Şəmilov təqdim edib. Sonda qaliblərlə xatirə şəkilləri çəkilib

  
  
  .
"Yay Futbol Düşərgəsi" layihəsi keçirilib
"Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB, AFFA-nın dəstəyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Layihədə ümumilikdə 105 oğlan və qız şagird iştirak edib. İyunun 2-də start götürən layihə 3 qrup üzrə keçirilib. Layihə çərçivəsində "Sumqayıt" Futbol Klubunun akademiyasında çalışan 15 nəfərlik məşqçi heyəti də iştirak edib.
"Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, "Kapital Bank"ın İdarə Heyəti Sədrinin birinci müavini Fərid Məmmədov, "Paşa Həyat Sığorta"nın İdarə Heyəti Sədrinin müavini Niyaz İsmayılov, "Kapital Bank"ın Marketin və PR Departamentinin direktoru Vüsal Nağıyev, Sumqayıt Şəhər Təhsil Şöbəsinin nümayəndələri, Sumqayıt Şəhər İdman və Cənclər baş idarəsinin rəis müavini Mübariz Bəşirov, "Sumqayıt" Futbol Klubunun prezidenti Kamran Quliyev və şəhərin futbol ictimaiyyəti iştirak edib.
Qeyd edək ki, "Yay Futbol Düşərgəsi" layihəsinin yekununda iştirakçılar və məşqçi heyəti diplomlarla təltif olunub.
 
 
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci il dönümünə həsr olunmuş turnir keçirilib
"Sumqayıt" Futbol Klubunun təşəbbüsü, "Azərikimya" İstehsalat Birliyinin dəstəyi, Şimal Regional Futbol Federasiyasının təşkilatçılığı ilə Sumqayıt şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş idarə, müəssisə, təşkilat və həvəskar komandalar arasında turnir təşkil edilib. "Kapital Bank Arena"da yarışın son iki oyunu keçirilib. 3-cü yer uğrundakı qarşılaşmada Sumqayıt Texnologiyalar Parkının komandası Sumqayıt şəhəri 17-ci mikrorayon komandasını 3:0 hesabı ilə üstələyib.
Final görüşündə isə Sumqayıtın veteranlardan ibarət komandası Sumqayıt Şəhər Baş Polis İdarəsinin komandasına 7:4 hesabı ilə qalib gələrək çempion olub.
Daha sonra turnirin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə "Sumqayıt" FK-nun prezidenti Kamran Quliyev, Sumqayıt Şəhər Gənclər İdman Baş İdarəsinin rəisi Elşən Baxşəliyev, Şimal Regional Futbol Federasiyasının rəhbəri Abdulla Məmmədov, klubun baş meneceri Ceyhun Sultanov, veteran futbolçu Telman Salahov və media nümayəndələri iştiak edib. Qaliblərə kubok, diplom, medal və müxtəlif hədiyyələr təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, 12 komandanın iştirak etdiyi turnirə aprelin 30-da start verilmişdi. Yarışda ümumilikdə 150-ə yaxın həvəskar futbolçu iştirak edəcək.
  
 
 
"Futbol və Sağlam Həyat" adlı layihə keçirilib
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, AFFA-nın dəstəyi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün "Futbol və Sağlam Həyat" adlı layihə keçirilib. "Futbol və Sağlam Həyat" layihəsini keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlama həyata yönləndirməkdir. "Futbol və Sağlam Həyat" adı altındakı layihənin Sumqayıt şəhərində və onun ətraf qəsəbələrində yerləşən bütün orta təhsil ocaqlarında təhsil alan şagirdlər arasında keçirilib. Seminar tipli layihədə hər məktəbdən 10-12 yaş arası əlaçı şagird iştirak edib. Layihənin təqdimetmə mərasimi Sumqayıtda yerləşən Nizami Gəncəvi adına Texniki və Təbiət elmləri liseyində açılış mərasimi baş tutub. Mərasimdə "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin, eləcədə "Sumqayıt" FK-nun rəhbərliyi və media nümayəndələri iştirak edib.
"Futbol və Sağlam Həyat" adlı layihə Sumqayıtda yerləşən 48 orta məktəbi əhatə edib. Layihədə 500-dən artıq şagird iştirak edib.
 
 
 
 
"Yay Futbol Düşərgəsi" layihəsi 9 gün müddətində davam edib
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İstehsalat Birliyi və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün dərs ilinin yekunları ilə əlaqədar "Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Xatırladaq ki, bu layihə ötən ilin yayında da keçirilmişdi.
2015-ci ilin 2 iyun tarixində start götürən "Yay Futbol Düşərgəsi" layihəsi 9 gün müddətində 3 qrup üzrə davam edib. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 52 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edib.
Layihəyə rəhbərliyi "Sumqayıt" Futbol Klubunun texniki direktoru Frank Bernhardt edib.
 
 
 

"Futbol və Sağlam Həyat" (2016) layihə keçirilib
"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün ənənəvi "Futbol və Sağlam Həyat" layihəsi keçirilib. 2015-ci ildə keçirilən layihədə olduğu kimi, 2016-cı ildə təşkil olunmuş layihədə də Sumqayıt və onun ətraflarını əhatə edən 48 orta məktəbin şagirdləri iştirak edib. Layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, məktəblilərin əla təhsil olmalarına stimul yaratmaq, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gənclərimizi sağlam həyata yönləndirməkdir.
Tədbirin açılış mərasimində "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev, Azərikimya İB-nın Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov, futbol veteranları Nazim Süleymanov, Arif Əsədov və Mahmud Qurbanov iştirak edib.
Xatırladaq ki, "Futbol və Sağlam Həyat" adlı layihə Sumqayıtda yerləşən 48 orta məktəbi əhatə edib. Layihədə 500-dən artıq şagird iştirak edib.

 
 
 

"Yay Futbol Düşərgəsi" layihəsi keçirilib (2016)
Kapital Bank" ASC və "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün növbəti "Yay Futbol Düşərgəsi" layihəsi keçirilib. Layihədə ümumilikdə 100-dən artıq oğlan və qız şagird iştirak edib. İyunun 16-da start götürən layihə 3 qrup üzrə keçirilib. Layihə çərçivəsində "Sumqayıt" Futbol Klubunun akademiyasında çalışan 15 nəfərlik məşqçi heyəti də iştirak edib.
"Yay Futbol Düşərgəsi" layihəsinin təqdimetmə mərasimində "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Sumqayıt Şəhər İdman və Gənclər Baş İdarəsinin rəisi Mübariz Bəşirov, "Sumqayıt" FK-nın prezidenti Kamran Quliyev, Sumqayıt şəhər Təhsil şöbəsinin nümayəndəsi İlham Mirzəliyev, Paşa Həyat Sığorta ASC-nin nümayəndəsi Elnur Hüseynquliyev, əsas komandanın üzvləri - Vurğun Hüseynov, Amil Yunanov, və Fərhad Vəliyev iştirak edib.Qeyd edək ki, "Yay Futbol Düşərgəsi" layihəsinin yekununda iştirakçılar və məşqçi heyəti diplomlarla təltif olunub.