Davranış qaydaları və İrqçiliyə qarşı mübarizə proqramı

Sumqayıt Şəhərində inşa olunmuş Yeni Kompleksdə "Kapital Bank Arena"da idman tədbirlərinin keçirilməsi zamanı azarkeşlərin davranış qaydaları

1. İdman tədbirlərinin keçirilməsi zamanı inşa olunmuş yeni kompleksdə "Kapital Bank Arena"da olan azarkeşlərin hüquqları:

1.1. İdman qurğusunun ərazisinə keçirilməsi nəzərdə tutulan tədbirdən öncə və ya tədbirin gedişi zamanı (azarkeşlərin stadiona buraxılması vaxtı stadionun administrasiyası və hüquq-muhafizə orqanları tərəfindən müəyyənləşdirilir) bilet, dəvətnamə və xüsusi sənəd (akkreditasiya) vasitəsilə daxil olmaq;

1.2. Təşkilatçılar və stadionun administrasiyasının təklif etdiyi bütün xidmətlərdən yararlanmaq;
1.3. Stadionun tribunalarında

  • - plastik tütəklərdən,
  • - zərli kağız və lentlərdən

təşkilatlanmış azarkeş qruplarına isə

  • - banner-transparantlardan,
  • - tutacağı içi boş plastik olan bayraqlardan,
  • - nağaradan

istifadə etmək;

 2. Azarkeşlərin vəzifələri:

2.1. Giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşları tərəfindən yoxlama-nəzarətindən keçərkən itiriləcək vaxtı nəzərə alaraq, stadiona tədbirin başlama vaxtından daha tez gəlmək;

2.2. İctimai asayiş və qəbul edilmiş davranış normalarına riayət etmək;

2.3. Digər azarkeşlərə və tədbir iştirakçılarına, xidməti personala, mihafizə işçilərinə qarşı hörmətcil davranmaq, ətrafdakıların təhlükəsizliyini poza biləcək hərəkət və əməllərər yol verməmək;

2.4. İdman qurğusunun administrasiyası və hüquq-muhafizə orqanlarının əməkdaşlarına qurğuya daxil olmaq üçün bilet, dəvətnamə və ya xüsusi sənəd (akkreditasiya), əraziyə avtonəqliyyatın keçirilməsi üçün buraxılış vərəqini təqdim etmək, əldə edilmiş bilet və sənədlərdə (və ya onları əvəzində) göstərilmiş yerləri tutmaq;

2.5. Stadiona giriş zamanı hüquq-muhafizə orqanlarının əməkdaşlarının yoxlama-nəzarətindən keçmək;

2.6. Stadionun administrasiyası və hüquq-muhafizə orqanlarının qanuni təlimatlarını həyata keçirmək;

2.7. Şübhəli əşyalar, obyektlər aşkarlandığı, tüstülənmə və ya yanğın halları yarandığı zaman dərhal stadionun administrasiyası və hüquq-muhafizə orqanlarının əməkdaşlarına xəbər vermək;

2.8. Evakuasiya haqda informasiya əldə edildikdən sonra sakitliyi qoruyaraq, təşviş yaratmadan asayişin qorunmasına cavabdeh administrasiya və daxili işlər orqanlarının əməkdaşlarının göstərişlərinə uyğun davranmaq. 2.2. – 2.7. yarımbəndlərini yerinə yetirməyən və ya yerinə yetirməkdən imtina edən şəxslər stadionda keçirilən tədbirlərə buraxılmırlar;

 3. Azarkeşlərə qadağandır:

3.1. İdman qurğusuna alkoqol və narkotik sərxoşluq halında gəlmək, stadiona spirtli içki keçirmək və içmək, psixotrop və narkotik maddələrdən istifadə etmək;

3.2. İdman qurğusuna silah, oddan təhlükəli, partlayıcı, zəhərli, pirotexniki, qoxuyan maddələr, kəsici və batan əşyalar, digər azarkeşlərə, eyni zamanda tədbirin normal şəkildə keçirilməsinə mane olan böyük çantalar, portfellər, böyük ölçülü bağlamalar və paketlər, şüşə qablar və sair əşyalar keçirmək;

3.3. Stadionun administrasiyası tərəfindən qadağan olunmuş və uyğun lövhəcik yerləşdirilmiş yerlərdə siqaret çəkmək;

3.4. Tribuna və meydana əşya atmaq və eyni zamanda tədbirin keçirilməsinə mane olan digər əməllər etmək;

3.5. Tədbir iştirakçılarının, azarkeşlərin ləyaqətini alçaldan şüarlardan istifadə etmək və ya insan mənəviyyatını aşağılayan başqa hərəkətlər etmək;

3.6. Tədbirin keçirilməsi zamanı keçidlərdə və pilləkənlərdə dayanmaq, iştirakçıların və azarkeşlərin hərəkətinə maneə yaratmaq, oturacaqların üzərinə qalxmaq, hasarlara, parapetlərə, işıqlandırıcı qurğulara, özül konstruksiyalara dırmaşmaq, stadionun mülkünə ziyan vurmaq;

3.7. Stadionun administrasiyasının və ya klubun nümayəndəsinin müşaiyəti olmadan meydana çıxmaq, eyni zamanda idmançıların, hakimlərin paltardəyişmə otağına və qurğunun digər xidməti və texniki otaqlarına daxil olmaq;

3.8. Tədbirə heyvanlarla gəlmək;

3.9. Stadionun administrasiyasının icazəsi olmadan ticarətlə məşğul olmaq, divarları yazmaq, elan yapışdırmaq, plakatlardan istifadə etmək və digər informasiya (reklam) xarakterli məhsullardan yararlanmaq;

3.10. Üzərində irqi, sosial, milli ayrı-seçkilik yaradan, tədbir iştirakçılarını, azarkeşləri təhqir edən işarələr və ya digər simvollar əks olunmuş geyim və digər əşyalardan istifadə etmək;

3.11. 3.1. – 3.10 yarımbəndlərində sadalanmış davranış qaydalarına riayət etməyən azarkeşlər tədbirdən xaric olunurlar. Qurğunu tərk etməkdən boyun qaçıran şəxslər cinayət və ya inzibati qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunurlar;

 4. Atəş-fəşanlığın təşkili və keçirilməsi:

4.1. Atəş-fəşanlığın təşkili qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada, stadionun administrasiyası, yanğınsöndürmə xidmətləri və daxili işlər orqanları ilə razılaşdırılaraq yalnız oyundan öncə və ya oyundan sonra həyata keçirilir.

Hazırkı qaydalar Yeni Kompleksdə "Kapital Bank Arena"da keçirilən bütün tədbirlər zamanı qüvvədədir.


İrqçiliyə qarşı mübarizə proqramının on bəndi:
1. Klubun irqçiliyə qarşı mövqeyini rəsmi və yazılı şəkildə bəyan etmək. Bu bəyannamədə stadionun ərazisində irqçi ifadələr işlədənlərə qarşı tətbiq olunacaq cəzaları mütləq göstərmək. Bəyannamənin mətni matçqabağı proqramda çap etmək. Həmçinin bəyannaməni stadionun ərazisində görünən mövqedə asmaq.
2. İrqçi şüarları açıq şəkildə pisləmək.
3. İrqçi xarakterli hərəkətlərdə iştirak edən şəxslərə mövsüm üçün abonementləri satmamaq.
4. Stadionun daxilində və ətrafında irqi xarakterli ədəbiyyatın satılmasının qarşısını almaq.
5. İrqçi hərəkətlərə yol verən futbolçulara qarşı intizam sanksiyaları tətbiq etmək.
6. Başqa klublara irqçiliyə qarşı öz mövqeyini bəyan etmək.
7. Polis işçiləri və mühafizəçilər tərəfindən “irqçilik tərəfdarlarına” qarşı strategiyanın yaradılmasına şərait yaratmaq.
8. İrqi xarakterli yazıları və şəkilləri təcili şəkildə stadionun ərazisindən çıxarmaq.
9. İşçi və ya müştəriyə irqindən asılı olmayaraq, iş və ya xidmət ilə bağlı bərabər şəraiti təşkil etmək.
10. İrqçilik problemi ilə məşğul olan digər qrup və ya agentliklər, orta məktəblər, yerli bələdiyyə orqanları və s. ilə mütəmadi olaraq müvafiq iş aparmaq və müxtəlif xüsusi proqramları həyata keçirmək.