07/01/2013

Ruslan Nəsirli U-19-un heyətində fərqlənib


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə bu gün ikinci oyununu keçirib. Yığmamız Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində Çexiya komandası ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Millimizdən yeganə qolu 53-cü dəqiqədə "Sumqayıt" Futbol Klubunun hücumçusu Ruslan Nəsirli vurub.

Qeyd edək ki, "Sumqayıt" FK-nun daha iki üzvü - Orxan Əliyev və Şamil Cəmaləddinov da bu qarşılaşmada meydanda olub.