07/01/2013

“Sumqayıt” FK-nun əvəzediciləri sabahdan etibarən məşqlərə başlayacaq


“Sumqayıt” Futbol Klubunun əvəzedici komandası istirahəti başa vurub. Tibbi müayinədən keçən futbolçular sabahdan etibarən məşqlərə başlayacaq. Baş məşqçisi Vaqif Paşayev komandanın hazırlıq mərhələsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Artıq iki gündür ki, futbolçular tibbi müayinədən keçir. Bu gün tam olaraq, işləri yekunlaşdıracağıq. Sabahdan etibarən Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda fiziki hazırlığa start verəcəyik. Yanvarın 20-dən başlayaraq isə topla çalışmalara başlayacağıq. Hazırlıq ərəfəsində 2-3 yoxlama oyunu keçirməyi planlaşdırırıq. Komandada dəyişikliklər də olacaq. 3-4 futbolçu komandanı tərk edəcək, əlavə olaraq yeniləri heyətə cəlb olunacaq”.