06/01/2013

Orxan Əliyev U-19-un heyətində dubl edib


19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXV beynəlxalq turnirdə bu gün ilk oyununu keçirib. Sankt-Peterburq şəhərindəki Peterburqski İdman-Konsert Kompleksində Litva komandası ilə qarşılaşan yığmamız 3:2 hesabı ilə qələbə qazanıb. Bu qarşılaşmada "Sumqayıt" Futbol Klubunun hücumçusu Orxan Əliyev 30 və 49-cu dəqiqələrdə vurduğu qollar dublunu rəsmiləşdirib.  Millimizdən digər qolu isə 56-cı dəqiqədə Namiq Ələsgərov vurub. 

Qeyd edək ki, "Sumqayıt" FK-nun daha iki üzvü - Ruslan Nəsirli və Şamil Cəmaləddinov da bu qarşılaşmada meydanda olub.