30/12/2012

"Sumqayıt" FK-nun fanklubu ilin yekunları ilə bağlı tədbir keçirib


"Sumqayıt" Futbol Klubunun rəsmi fanklubu ilin yekunları ilə bağlı tədbir keçirib. Görüşdə fanklubun rəhbəri Sənan Mirzəyev, komandanın üzvləri Bəxtiyar Həsən-Alızadə və Aqşin Muxtaroğlu da iştirak edib. Tədbirdə yola salacağımız 2012-ci ilin yekunları və fanklubun gələcək planları müzakirə olunub.
Sonda fanklubun ən fəal üzvünə (Mehman Rzayev) mobil telefon hədiyyə olunub.