28/12/2012

“Sumqayıt” FK-nun rəhbərliyi qalib komanların məşqçiləri ilə görüşüb


“Sumqayıt” Futbol Klubunun rəhbərliyi bir müddət əvvəl başa çatan “Access Bank Məktəbli Turniri”nin mükafatçılar sırasına düşmüş məktəblərin müəllimləri ilə görüşüb. Tədbirdə klubun prezidenti Kamran Quliyev, vitse-prezident Vaqif Ömərov və turnirin təşkilat komitəsinin sədri Əbdül Məmmədov iştirak edib. Məşqçilərə turnirdəki iştiraka görə təşəkkür edən Quliyev onlara işlərində uğurlar arzulayaraq hamını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə təbrik edib.

Görüş zamanı məşqçilərə hədiyyələr təqdim olunub.