24/12/2012

Azarkeşlərimiz arasında keçirilmiş sorğu özünü doğruldub


"Sumqayıt" Futbol Klubunun qış fasiəsinə neçə xalla yollanacağı ilə bağlı klubun rəsmi saytında oxucular arasında sorğu keçirilib. Səs vermədə iştirak edən komandamızın fanatlarının fikirləri nəticəyə uyğun olub. Beləliklə, "Sumqayıt" FK 2012-ci ili neçə xalla başa vuracaq? sualına respondentlərin 70,7 faizi komandamızın qış fasiləsinə qədər 20 xal qazanacağını qeyd edib. 167 nəfərin 118-i məhz bu rəqəmi qeydə alıb.