20/12/2012

"Sumqayıt" FK "Kəpəz"i məğlub edib fasiləyə 20 xalla yollandı


Sumqayıt - Kəpəz 2:1
20 dekabr 2012. Saat 16:00. Bayıl Arena. 150 tamaşaçı
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Aftandil Hacıyev, 15 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Slavik Alxasov, 26 (hakimə etiraz); Ceyhun Sultanov, 30 (əllə oyun); Pərdiz Fərcad Azad, 50 (qeyri-idman hərəkəti) // Georgi Sepiaşvili, 11 (sürüşmə fəndindən düzgün sitifadə etmədiyinə görə); Bujamin Asani, 20 (qeyri-idman hərəkəti); 74 (bilərəkdən rəqibi əllə tutduğuna görə); Emin İmaməliyev, 27 (hakimə etiraz); Nicat Məmmədov, 52 (qeyri-idman hərəkəti); Emin Əliyev, 56 (hakimə etiraz); Vüqar İbrahimov, 86 (fitdən sonra topa zərbə); Bəxtiyar Soltanov, 90+2 (fitdən sonra topa zərbə)
Qırmızı vərəqə: Bujamin Asani, 74 (bilərəkdən rəqibi əllə tutduğuna görə)
Qollar: Sabir Allahquliyev, 88; Məhəmməd Mirzəbəyov, 90+1 // Emin İmaməliyev, 47
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
(92. Bəxtiyar Həsənalızadə, dəq.46)
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
17. Emin Cəfərquliyev
(11. Sabir Allahquliyev, dəq.72)
21. Məhəmməd Mirzəbəyov
76. Uğur Pamuk
(22. Xəyal Mustafayev, dəq.64)
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
25. Aydın Qasımov

Baş məşqçi: Bernhard Raab


“Kəpəz”
1. İvan Radoş
2. Nicat Məmmədov
4. Azər Məmmədov (k)
10. Armand Feutçine
13. Emin İmaməliyev
18. Nikolay Svejentsev
20. Emin Əliyev
(15. Şahin Kərimov, dəq.78)
23. Vüqar İbrahimov
30. Yuri Fomenko
(9. Bəxtiyar Soltanov, dəq.87)
88. Bujamin Asani

Ehtiyat oyunçular:
16. Xəyal Zeynalov
11. Ziyabil Məmmədov
14. Elxan Əzizov
19. Atin Abdullayev
25. Ravil Müslümov

Baş məşqçi: Mahmud Qurbanov

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında “Kəpəz”lə üz-üzə gəlirdi. Bayıl Arena-da baş tutan oyunun ilk hissəsində qapılara qol vurulmadı.
Görüşün 47-ci dəqiqəsində qonaqlar hesabı açıb. Armand Feutçinenın sağ cinahdan asmasından sonra müdafiəçiləri qabaqlayan Emin İmaməliyev başla topu Elçin Sadıqovun qoruduğu qapıdan keçirdi.
Qoldan dərhan sonra “Sumqayıt” FK-nun hücumçusu Pərdis Fərcad Azad hesabı bərabərləşdirməyə yaxın olsa da, onun baş zərbəsindən sonra top qapıdan azca aralı keçdi.
Oyunun sonlarını bütünlüklə rəqibə aid olan ərazidə keçirən Bernhrad Raabın komandası 88-ci dəqiqədə istəyinə çatdı. Ruslan Qurbanovun künc zərbəsindən ötürdüyü topu Pərdis Fərcad Azad başla arxaya ötürdü. Burada nəzarətsiz qalan Sabir Allahquliyev dəqiq zərbə ilə “status-kvo”nu bərpa etdi.
“Sumqayıt” FK 90+1-ci dəqiqədə daha bir qol vuraraq oyunun hesabını rəsmiləşdirdi. Məhəmməd Mirzəbəyov rəqib qapıçı ilə dueldən qalib ayrılaraq komandasına qələbə qazandırdı.

Mahmud Qurbanov (“Kəpəz” klubunun baş məşqçisi):
“Bizim üçün acınacaqlı məğlubiyyət oldu. Qol imkanlarımız rəqibinkindən daha çox idi, hesabı da biz açmışdıq. Qırmızı vərəqə oyunumuza təsir etdi. Bu qədər təsirli məğlubiyyətimiz olmamışdı”.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “Komandadan çox razıyam, son iki oyundda vacib qələbələr qazandıq. Bugünkü oyunda bəxtimiz də gətirdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. Fasilədə komanda ilə ciddi danışdım və “Kəpəz”in bizdən daha üstün oynadığını dedim. İkinci hissədə komandanın oyununda müsbətə doğru dəyişiklik oldu. Futbolçuların sonadək mübarizə aparıb iki qol vurması xoşuma gəldi”.