19/12/2012

"Access Bank Məktəbli Turniri"nin mükafatlandırma mərasimi keçiriləcək


Access Bank Qapalı Səhmdar Cəmiyyətinin sponsorluğu, "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilən "Access Bank Məktəbli Turniri"ndə final oyunları baş tutacaq. Dekabrın 20-də Sumqayıt Olimpiya İdman Kompleksində turnirin mükafatlandırması olacaq. Mükafatlandırma mərasimi saat 13:00-da başlayacaq.
Qeyd edək ki, "Access Bank Məktəbli Turniri"ndə 2 yaş qrupu 1999-2000 və 2001-2002-ci il təvəllüdlü məktəblilər iştirak edir.