19/12/2012

Əvəzedicilər "Kəpəz"lə qarşılaşmadan məğlub ayrılıb


Əvəzedicilərin çempionatında 18-ci turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri Bayıl Arena-da "Kəpəz"lə üz-üzə gəlib. Vaqif Paşayevin komandası Əbülfət Abbasovun 17-ci dəqiqədə vurduğu qolla hesabla irəli çıxsa da, Elçin Məsiyev və Ceyhun Əhmədov fərqlənərək "Kəpəz"in qəlbəsini rəsmiləşdirib.

“Sumqayıt” 1-2 “Kəpəz”
(Əbülfət Abbasov, 17 // Elçin Məsiyev, 66; Ceyhun Əhmədov, 85)