16/12/2012

"Sumqayıt" FK "Rəvan" üzərində əzmkar qələbə qazandı


Rəvan - Sumqayıt 2:3
16 dekabr 2012. Saat 16:00. Bayıl Arena. 250 tamaşaçı
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Coşqun Həsənov, Nahid Əliyev
Dördüncü hakim: Tahir Əhmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
Sarı vərəqələr: Samuel Barlay, 19 (düşünmədən ayağa zərbə); Miloş Zeçeviç, 20 (qeyri-idman hərəkəti); Kristian Torres, 63 (düzgün olmayan sürüşmə fəndi); Şəhriyar Rəhimov, 90+2 (rəqibə badalaq) // Orxan Əliyev, 44 (qeyri-idman hərəkəti); Uğur Pamuk, 65 (simulyasiya); Sabir Allahquliyev, 83 (düzgün olmayan sürüşmə fəndi); Samir Abasov, 89 (perpspektivli hücumun qarşısını aldığına görə)
Qollar: Nikolay Orlovskiy, 32; Manuel Varea, 83 // Pərdiz Fərcad Azad, 8; Uğur Pamuk, 79; Ceyhun Sultanov, 90+3 (p.)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Rəvan”
1. Lukaş Sapela
3. Miloş Zeçeviç (k)
5. Nikolay Orlovskiy
8. Tural Axundov
10. Nemanya Vidakoviç
(26. Fransis Bosman, dəq.65)
13. Şəhriyar Rəhimov
14. Juan Manuel Varea
18. Samuel Barlay
20. Kristian Torres
22. Tofiq Mikayılov
27. Nuran Qurbanov
(17. Rüfət Cəlilov, dəq.57)

Ehtiyat oyunçular:
99. Murad Qənbərov
16. Orxan Lalayev
15. Tural Cəlilov
11. Şeriff Suma
4. Ekrem Hodziç

Məşqçi: Anar Vəliyev

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
3. Aftandil Hacıyev
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
17. Emin Cəfərquliyev
21. Məhəmməd Mirzəbəyov
76. Uğur Pamuk
91. Ruslan Qurbanov
(11. Sabir Allahquliyev, dəq.80)

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
22. Xəyal Mustafayev
25. Aydın Qasımov
92. Bəxtiyar Həsənalızadə
95. Ruslan Nəsirli

Baş məşqçi: Bernhard Raab

“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində səfərdə “Rəvan”la üz-üzə gəlirdi. Bernhard Raabın komandası oyuna daha surətli başladı. Qarşılaşmanın 8-ci dəqiqəsində “Sumqayıt” hesabı açdı. Ruslan Qurbanovdan ötürmə alan Pərdis Fərcad-Azad cərimə meydançasının həmdəvərindən topu qapının uzaq “doqquzluğ”una sancdı.
Görüşün 32-ci dəqiqəsində “Rəvan” “status-kvo”nu bərpa etdi. Kristian Torresin yerinə yetirdiyi cərimə zərbəsindən sonra qapıçı Elçin Sadıqov topu dəff etsə də, Nikolay Orlovskiy təkarar zərbə ilə "yuvarlaq meşin"i tora qovuşdurdu.
“Sumqayıt” FK ikinci hissəyə də olduqca aktiv başladı. Komandamız ardıcıl iki dəfə Orxan Əliyev və Pərdis Fərcad-Azadın ifasında hesabı artırmağa yaxın oldu. Lakin hər iki epizodda da “Rəvan”ın qapıçısı Lukaş Sapela inamlı oynadı.
Oyunun 79-cu dəqiqəsində komandamız növbəti dəfə meydan sahiblərini meydanın mərkəzinə dəvət etdi. İki müdafiəçidən sıyrılan Uğur Pamuk iti bucaq altından topu qapıdan keçirdi. 
Lakin “Sumqayıt” FK-nun qol sevinci cəmi 4 dəqiqə çəkdi. Manuel Varea cərim zərbəsini ustalıqla yerinə yetirdi.
Oyun ərzində daha əzmkar mübarizə aparan Bernhard Raabın komandası sonda qələbə qolunu vura bildi. 90+3cü dəqiqədə Ceyhun Sultanov penalti zərbəsindən dəqiq yararlanaraq qarşılaşmanın hesabını rəsmiləşdirdi.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “90 dəqiqə ərzində maraqlı oyun izlədik. Hər iki komanda açıq oyuna üstünlük verdi. Bizim komanda daha baxımlı oyun və qələbə əzmi göstərdi. Qalib gəldiyimiz üçün şadam”.

Anar Vəliyev (“Rəvan” klubunun məşqçisi): “Baş məşqçimiz Kemal Alispahiç cəzalı olduğu üçün bu gün mətbuat konfransında iştirak edə bilmir. “Sumqayıt” klubunu qələbə münasibəti ilə təbrik edirəm”.