14/12/2012

"Access Bank Məktəbli Turniri"ndə yarımfinalçılar müəyyənləşib


"Access Bank Məktəbli Turniri"ndə yarımfinalçılar müəyyənləşib. 1999-2000-ci il təvəllüdlü futbolçuların yarışında 14 saylı orta məktəbin komandası 42 saylı orta məktəbin komandasına 4:0 hesabı ilə qalib gələrək 1/2 finala vəsiqə qazanıb. 29 saylı orta məktəbin komandası isə 25 saylı orta məktəbin komandasını 3:2 hesabı ilə məğlub edərək növbəti yarımfinalçı olub. 2001-2002-ci il təvəllüdlü futbolçuların yarışında isə yarımfinalçılar sabah keçiriləcək oyunlardan sonra müəyyənləşəcək.

Qeyd edək ki, "Access Bank Məktəbli Turniri"nin finalı dekabrın 20-də keçiriləcək.