11/12/2012

U-17 komandamız “Rəvan”la heç-heçə edib, U-15 isə “Qəbələ”yə məğlub olub


“Azercell U-17 Liqası”nda 9-cu turun oyunları keçirilib. “Sumqayıt” FK-nun 17 yaşadək futbolçulardan ibarət komandası “Rəvan”la 1:1 hesablı heç-heçəyə imza atıb. Komandamızdan yeganə qolu Bayram Nuruzadə vurub.
“Kapital Bank U-15 Liqası”nda mübarizə aparan komandamız doğma azarkeşləri qarşısında “Qəbələ”yə 1:4 hesabı ilə məğlub olub. “Sumqayıt” FK-dan yeganə qolu Vüsal Mədətov vurub.
U-14 Liqasında isə “Sumqayıt” FK-nun U-14 komandası “Sumqayıtspor” üzərində 5:0 hesablı qələbə qazanıb. Asif Hacıyev (3 qol), Pərvin Haqverdiyev və Nicat Hüseynov qolların müəllifi olub.
“Sumqayıt” FK-nın U-13 və U-11 komandası “Coca-Cola U-13 Liqası”nda “Babək” 5:0, U-11 Liqasında isə İOEUGİM-i 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Nəticələrlə sizi tanış edirik.

“Azercell U-17 Liqası”
IX tur
Sumqayıt – Rəvan 1:1
ROİL – AZAL 1:2
Turan – İnter 1:1
Simurq – Qəbələ
Kəpəz – Bakı 0:1
Gənclik – Neftçi 0:5
Xəzər Lənkəran – Qarabağ 0:3

U-14 Liqası
VIII tur
Sumqayıtspor PFK - Sumqayıt PFK 0:5
Babək (Sumqayıt) - Corat 8:0
Abşeron (Xırdalan) - Xəzri (Sumqayıt) 2:2
Təhsil (Sumqayıt) - Məktəbli (Sumqayıt) 5:0

“Coca-Cola U-13 Liqası”
VIII tur
Sumqayıt PFK - Babək (Sumqayıt) 5:0
UGIM-1 (Sumqayıt) - Sumqayıtspor 1:0
Təhsil Sumqayıt - İOEUGİM (Sumqayıt) 5:1

U-11 Liqası
VIII tur
Sumqayıt PFK – İOEUGİM (Sumqayıt) 2:1
UGİM-1 (Sumqayıt) - Məktəbli (Sumqayıt)
Sumqayıtspor PFK - Təhsil (Sumqayıt) 1:1