08/12/2012

"Sumqayıt" FK "Qəbələ"yə minimal hesabla məğlub olub


Sumqayıt - Qəbələ 0:1
08 dekabr 2012. Saat 14:00. Bayıl Arena. 200 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Namiq Hüseynov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Emin Cəfərquliyev, 8 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, 26 (hakimin qərarına etiraz); Ceyhun Sultanov, 50 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 85 (hakimin qərarına etiraz) // Oumar Kalabane, 30 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 41 (qeyri-idman hərəkəti); 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 61 (qeyri-idman hərəkəti)
Qol: Viktor Mendi, 39
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
17. Emin Cəfərquliyev
21. Məhəmməd Mirzəbəyov
76. Uğur Pamuk
91. Ruslan Qurbanov
92. Bəxtiyar Həsənalızadə
(11. Sabir Allahquliyev, dəq.83)

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
3. Aftandil Hacıyev
8. Aqşin Muxtaroğlu
22. Xəyal Mustafayev

Baş məşqçi: Bernhard Raab

“Qəbələ”
30. Anar Nəzirov
9. Viktor Mendi
(8. Bruno Da Silva, dəq.41)
11. Yannik Kamanan
(7. Yaşar Abuzərov, dəq.77)
10. Luis Paulo Hilario
15. Umar Kalabane
18. Aleksandr Çertoqanov
22. Lourival Rodriqes
27. Rəşad Abdullayev (k)
(23. Şəhriyar Xəlilov, dəq.90+1)
26. Daniel Lopes Kruz
34. Ürfan Abbasov
84. Dejan Kelhar

Ehtiyat oyunçular:
25. Dieqo Kosta Silva
19. Rövşən Əmiraslanov
21. Elmar Baxşıyev
35. Tərzin Cahangirov

Baş məşqçi: Ramiz Məmmədov

Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt" Futbol Klubu Bayıl Arenada "Qəbələ"ni qəbul edib. Komandamız oyun ərzində daha baxımlı futbol nümayiş etdirsə də, minimal hesabla məğlub olub. "Qəbələ"də yeganə qolu 39-cu dəqiqədə Viktor Mendi vurub.


Ramiz Məmmədov (“Qəbələ” klubunun baş məşqçisi): “Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Təəssüf ki, Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir görəcəyik. “Bakı” ilə oyunda itirdiyimiz üç xalı bu gün geri qaytardıq. Son turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas nəticə lazımdır”.


Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “Oyun boyu komandam daha effektiv oynadı, qol imkanları yaratdıq, lakin yararlana bilmədik. Futbolçularıma qol imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.