07/12/2012

Əvəzedicilər "Qəbələ"yə məğlub olub


Əvəzedicilərin çempionatında 16-cı turun oyunları keçirilib. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Qəbələ"ni qəbul edib. Oyunda ilk qolu Vaqif Paşayevin yetirmələri vurub. 71-ci dəqiqədə Ramil Həşimzadə fərqlənib. Lakin 82-ci dəqiqədə Amil Yunanov və 90+1-ci dəqiqədə Kamal Mirzəyev vurduğu qollarla "Qəbələ"nin qələbəsini yekunlaşdırıb.

“Sumqayıt” 1-2 “Qəbələ”
(Ramil Həşimzadə, 71 // Amil Yunanov, 82; Kamal Mirzəyev, 90+1)