04/12/2012

Səlahət Ağayev: “Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam”


“Sumqayıt” Futbol Klubu Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində Bayıl Arena-da “Qəbələ”ni qəbul edəcək. Bernhard Raab artıq bu oyun üçün hazırlıqlara start verib. Millinin Şimali İrlandiya ilə keçirilmiş görüşündə zədələnən “Sumqayıt” FK-nun qapıçısı Səlahət Ağayev hazırlıq prosesi barəsində və zədəsi ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “Hazırlığımız normal şəkildə davam etdir. Bu gün komandada istirahət günüdür. Sabahdan yenidən məşqlərimizi bərpa edəcəyik. Əsas məqsədimiz "Qəbələ" ilə görüşdən qalib ayrılmaqdır. Zədəli olsam da, komanda ilə birlikdə hazırlığımı davam etdirirəm. Sabah barmağımdakı gips açılacaq. Bundan sonra növbəti dəfə həkim müayinəsindən keçəcəm. Hər şey yaxşı olsa, “Qəbələ” ilə qarşılaşmada meydana çıxacam. Açığı, tələsmək məsləhət deyil. “Sumqayıt” FK-nun azarkeşləri rahat olsunlar. Çünki, məndən başqa, komandada Elçin Sadıqov və Anar Məhərrəmov kimi iki istedalı qapıçı var. Elçin AZAL və “Simurq”la keçirilmiş son iki görüşdə olduqca inamlı təsir bağılayıb”.