04/12/2012

"Sumqayıt" FK "Qəbələ"ni Bayıl Arenada qəbul edəcək


Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Sumqayıt" Futbol Klubu "Qəbələ"ni qəbul edəcək. Həmin qarşılaşma dekabrın 8-də saat 14:00-da Bayıl Arenada keçiriləcək.

Əvəzedicilər isə "Qəbələ"ni Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş dekabrın 7-də saat 14:00-da start götürəcək.