02/12/2012

"Sumqayıt" FK "Simurq"la qarşılaşmadan məğlub ayrılıb


"Sumqayıt" - "Simurq" 0:1
2 dekabr 2012. Saat 14:00. M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 2500 tamaşaçı
Baş hakim: Elvin Əsgərov
Baş hakimin köməkçiləri: Azər Əsgərov, Nahid Əliyev
Dördüncü hakim: İnqilab Məmmədov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Akif Məmmədov
Sarı vərəqələr: Xəyal Mustafayev, 30 (qeyri-idman hərəkəti); Şamil Camaləddinov, 32 (qeyri-idman hərəkəti) // Mario Bojiç, 66 (qeyri-idman hərəkəti); Ruslan Poladov, 80 (qeyri-idman hərəkəti)
Qol: Stepan Polyak, 45
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

“Sumqayıt”
12. Elçin Sadıqov
2. Slavik Alxasov
7. Pərdis Fərcad Azad
8. Aqşin Muxtaroğlu
(27. Ramil Həşimzadə, dəq.68)
9. Orxan Əliyev
(95. Ruslan Nəsirli, dəq.80)
10. Ceyhun Sultanov (k)
13. Murad Ağayev
17. Emin Cəfərquliyev
22. Xəyal Mustafayev
70. Şamil Camaləddin
(11. Sabir Allahquliyev, dəq.46)
91. Ruslan Qurbanov

Ehtiyat oyunçular:
90. Anar Məhərrəmov
3. Aftandil Hacıyev
92. Bəxtiyar Həsənalızadə

Baş məşqçi: Bernhard Raab

“Simurq”
22. David Pietrzkieviç
2. İlkin Qırtımov
3. Rasim Ramaldanov (k)
4. Dilaver Zrnanoviç
7. Ruslan Poladov
10. Zdravko Popoviç
(79. Nenad Stoyanoviç, dəq.85)
13. Aleksandr Şemonayev
14. Asif Mirili
15. Stepan Polyak
(6. Anderson Olivyera, dəq.82)
21. Murad Səttarlı
(19. Nicat Qurbanov, dəq.90+2)
25. Mario Bojiç

Ehtiyat oyunçular:
1. Dmitri Kramarenko
9. Marçin Burxardt
17. Rüstəm Məmmədov
20. Rəşad Eyubov

Baş məşqçi: Georgi Çixradze

"Sumqayıt" Futbol Klubu Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Simurq"u qəbul edib.

Komandamız bu oyuna itkilərlə çıxmışdı. Belə ki, zədəli olan əsas heyət üzvləri Aftandil Hacıyev, Murad Doymuş, Uğur Pamuk, Bəxtiyar Həsənəlizadə və Səlahət Ağayev bu qarşılaşmada iştirak etdmirdi. Kapitan Samir Abasov və Məhəmməd Mirzəbəyov isə cəzalı olduğu üçün bu görüşü tribunalardan izləyirdi.

Oyunda yeganə qol 45-ci dəqiqədə vurulub. "Simurq"dan Stepan Polyak qapıçı Elçin Sadıqovla üz-üzə qalaraq hesabı açıb. İkinci hissədə komandamız hesabı bərabərləşdirmək üçün bir neçə imkan qazansa da, hesab dəyişməz qalıb.

Georgi Çixradze (“Simurq” klubunun baş məşqçisi): “Hesabı biz açdıqdan sonra rəqib komanda təzyiqi artırdı, hər iki komanda sona kimi mübarizə apardı. AZAL ilə kubok oyunundan sonra çox yorğun idik. Bizim üçün 3 xalı qazanmaq vacib idi, buna nail olduğumuz üçün komandanı təbrik edirəm”.

Bernhard Raab (“Sumqayıt” klubunun baş məşqçisi): “Simurq”a qarşı oyunlarımız həmişə eyni cür olur. Çox çətin oyun oldu, yekunda da bir top fərqi ilə məğlub olduq. Bizim səhvimizdən istifadə edib qələbə qolu vurdular”.