01/12/2012

Əvəzedicilər "Simurq" üzərində əzmkar qələbə qazanıb


Əvəzedicilərin çempionatında 15-ci tura yekun vurulub. "Sumqayıt" Futbol Klubunun əvəzediciləri Şağan Olimpiya Kompleksinin stadionunda "Simurq"u qəbul edib. Rəqibindən üstün oyun nümayiş etdirən Vaqif Paşayevin komandası 2:1 hesabı ilə qələbə qazanıb. Komandamızdan Arif Vəliyev və Aydın Qasımov fərqlənib.

Sumqayıt - Simurq 2:1
Arif Vəliyev, 46; Aydın Qasımov, 85 // Məhəmməd Alıyev, 55.