30/11/2012

"Sumqayıt" FK "Simurq"la oyuna hazırlaşır


Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində "Simurq"u qəbul edəcək "Sumqayıt" Futbol Klubu hazırlığını davam etdirir. Səhər saatlarında Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşqə çıxan komandamızın heyətində zədəli futbolçular yer almaqdadır. Belə ki, Uğur Pamuk və Murad Doymuş zədə səbəbindən Zaqatala klubu ilə keçiriləcək görüşdə meydana çıxmayacaq. Samir Abasov və Məhəmməd Mirzəbəyov isə cəza səbəbindən bu oyunu tribunalardan izləyəcək. Zədəsini sağaltmış Aftandil Hacıyev, Orxan Əliyev, Ceyhun Sultanov və Murad Ağayev isə komanda ilə birlikdə məşqlərə başlayıb.

Qeyd edək ki, "Sumqayıt" - "Simurq" oyunu dekabrın 2-də saat 14:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.