28/11/2012

"Sumqayıt" FK Azərbaycan kuboku çərçivəsində "Bakı"ya məğlub olub


"Sumqayıt" Futbol Klubu Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Bakı" ilə qarşılaşıb. "Bakı" Futbol Klubunun Təlim-Məşq Bazasında baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızdan yeganə qolun müəllifi penalti zərbəsindən yararlanan Murad Hüseynov olub.

Bernhard Raab ("Sumqayıt" FK-nun baş məşqçisi): "Rəqib baş məşqçini qələbə münasibəti ilə təbrik edirəm. Oyundan əvvəl heyətdə bəzi problemlərimiz var idi. Qapımızda gördüyümü iki qolda müdafiəçilərim pis oynadı. lakin ikinci hissədə "Sumqayıt" yaxşı oyun nümayiş etdirdi. Heyəti nəzərə alsq, qeydə alınan nəticəni ədalətli saya bilərik".

Bojidar Bandoviç ("Bakı" FK-nun baş məşqçisi): "Ümumiyyətlə komandamdan razı qaldım. Kubok oyununa görə bəzi gənclərə də bu oyunda yer vermişdim. Əsas heyət oyunçularından bir neçəsinə istirahət verdim. 3:0 hesablı nəticədən sonra bir sıra yerdəyişmələr etdim. Ümumi götürəndə oyundan razı qaldım. Əvəzedicidən 3-4 oyunçuya şans verdim. Bundan sonra gənclər üçün də fürsət yaradacam".