27/11/2012

“Sumqayıt” FK “Bakı” ilə baş tutacaq kubok oyununa hazırdır


Sabah “Bakı” Futbol Klubunun Təlim-Məşq Bazasında “Bakı” ilə Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində üz-üzə gələcək “Sumqayıt” Futbol Klubu son hazırlığını başa vurub. Rəqib meydanında məşqə çıxan komandamızın heyətində itkilər yer alır. Uğur Pamuk, Murad Doymuş, Aftandil Hacıyev və Elçin Sadıqov zədə səbəbindən bu qarşılaşmada yer almayacaq. “Portu”nun düşərgəsindən qayıdan Orxan Əliyev artıq komanda ilə birlikdə məşqlərə başlayıb. Həmçinin AZAL-la oyunda iştirak etməyən Ceyhun Sultanov da Bernhard Raabın sərəncamındadır. Əvəzedici komandadan Əbülfət Abbasov, Aydın Qasımov və Yevgeni Jukov əsas komanda ilə hazırlaşır.

Xatırladaq ki, “Bakı” – “Sumqayıt” oyunu saat 13:15-də start götürəcək.